Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür.
Sumqayit24.az xəbər verir ki, Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini erməni işğalçılarından azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Bu əlamətdar tarix Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il qeyd olunur.
Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.
Hazırda Qubadlıda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.