"Stansiya Sumqayıt" kimi tanınan ərazidə kommunal qəza baş verildiyi bildirilir.
Sumqayit24.az-a bu barədə sakinlər məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, Şəfəq qəsəbəsində su borusunda baş verən qəza nəticəsində ərazini su basıb, hətta su bəzi evlərə qədər çatıb.
Qeyd olunub ki, əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub və qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
Məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb.