Sumqayıtda yaşayan şəhid anası 21 ildir mənzil növbəsində olsa da, indiyədək evlə təmin edilməyib.
Məlumata görə, Lerik rayon sakini, şəhid Habil Nəciyevin anası Nəsibə Nəciyeva yaşadığı ev qəzalı vəziyyətdə olduğundan Sumqayıt şəhərində yaşayan digər oğlunun yanında qalmağa məcburdur. Lakin oğlunun da yaşayış şəraiti məhduddur.
Şikayətçinin sözlərinə görə, o, dəfələrlə Lerik Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara yazılı və şifahi şəkildə müraciət etsə də, problemi indiyədək həll olunmayıb.
Nəsibə Nəciyeva bildirib ki, mənzil növbəsində ondan sonra olan şəxslər evlə təmin edilsələr də, özü illərdir gözləməyə davam edir.
Məsələ ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.
Ətraflı Baku Tv-nin süjetində.