Sumqayıtda qoyunları daşıyan yük maşını qəzaya uğrayıb.
Hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verib.
Məlumata görə, Qubanın Qaraçay kənd sakini Rauf İsayev Yanvar oğlu Xınalıq kəndindəki qoyun sürüsünü qışlamaq üçün Hacıqabul rayonuna apararkən avtomobilin təkəri partlayıb və nəqliyyat vasitəsi aşıb.
Nəticədə 30-dan çox qoyun tələf olub.
Mənbə: Shimal.news