Sumqayıtda nəqliyyat vasitəsində yanğın qeydə alınıb.
Sumqayit24.az-a bu barədə şəhər sakinləri məlumat veriblər.
Bildirilib ki, Sumqayıt Dəmiryol Vağzalının yaxınlığında dayanmış QAZ-3130 markalı avtomobildə qəfil tüstülənmə başlayıb və daha sonra nəqliyyat vasitəsi alışıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil və xəsarət alan olmayıb.