Sumqayıt Dövlət Universitetində (SDU) “İqlim dəyişmələri - Yaşıl enerji resurslarının yaradılması zərurəti” mövzusunda elmi-praktiki seminar keçirilib. Bu haqda 6 mart tarixində Sumqayıt24 xəbər verir.
Ekologiya kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor İslam Mustafayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasının müdiri, professor, Eko-Energetika Akademiyasının prezidenti Fəqan Əliyev, “Greening.Global” platformasının rəhbəri Elnur İslamov və SDU-nun professor-müəllim, tələbə heyəti iştirak ediblər.
Seminarda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. “Yaşıl dünya naminə həmrəylik ili”ndə ətraf mühitin qorunması, meşə zolaqlarının və su ehtiyatlarının mühafizəsi, yaşıllıqların artırılması və digər məsələlərə dair zəngin fikirlər səsləndirilib.