Sumqayıt Dövlət Universiteti (SDU) informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə maarifləndirici tədbir keçirib. Bu haqda 4 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə baş tutan tədbiri giriş nitqi ilə açan SDU-nun rektoru Rüfət Əzizov AKTA idarə heyətinin sədri Elvin Balacanovu və tədbir iştirakçılarını salamlayıb. O, Azərbaycanda artan kibercinayətkarlığın inkişaf dinamikasındakı artımın cəmiyyətlər üçün ən böyük problemə çevrildiyini bildirib.
AKTA idarə heyətinin sədr müavini Rauf Cabbarov tədbirin mövzusunun aktuallığını vurğulayıb və SDU ilə əldə olunan əməkdaşlıqda ancaq mühəndis ixtisası üzrə deyil, humanitar sahələr üzrə təhsil alan tələbələrin də əhatə olunacağını deyib.
Tədbirin sonunda tələbələri maraqlandıran bir sıra suallar cavablandırılıb.