Sumqayıt Dövlət Universitetində (SDU) məzun günü keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi məlumat yayıb. Bildirilib ki, tədbir 30 iyun tarixində təşkil olunacaq:
"Əziz məzunlar, tələbələr, müəllimlər və universitetimizin qonaqları!
Sizi 30 iyun 2026-cı il tarixində, saat 16:30-da keçiriləcək Sumqayıt Dövlət Universitetinin Məzun Gününə dəvət edirik. Birlikdə tələbəlik illərinin ən gözəl xatirələrini yad edəcək, uğurlarımızı paylaşacaq və yeni başlanğıcları qeyd edəcəyik!"