Sumqayıt Dövlət Universitetində (SDU) yeni təyinat baş tutub.
Sumqayit24.az xəbər verir ki, texnika elmləri doktoru, dosent Hüseynqulu Quliyev Rektor müşaviri vəzifəsinə təyin olunub.
Rektor, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli onu kollektivə təqdim edib.
Təqdimat mərasimində SDU-nun professor-müəllim heyəti və struktur rəhbərləri iştirak ediblər.