Sumqayıt Dövlət Universitetinin (SDU) komandası yarışda iştirak edib. Bu haqda 4 mart tarixində Sumqayıt24 xəbər verir.
Ali təhsil müəssisələri arasında baş tutan “İdman dırmanması” yarışında 15 komanda və 60 yarışçı iştirak edib. Turnirin nəticələrinə əsasən, SDU-nun komandası 2-ci yerə, fərdi nailiyyətlərinə görə Mühəndislik fakültəsinin 652a saylı qrup tələbəsi Zeynəb Quluyeva 1-ci yerə layiq görülüb.
Yarış 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təşkil olunub.