Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi faciəvi şəkildə dünyasını dəyişib. Bu haqda 23 mart tarixində Sumqayıt24 Oxu.az-a istinadən xəbər verir.
Hadisə ötən gün Tərtər rayonunda baş verib. Ali təhsil müəssisəsinin Fizika fakültəsinin 1-ci kurs tələbəsi Şirinzadə Allahverdi ehtiyatsızlıqdan dərəyə yuvarlanıb və başından ağır zərbə alaraq dünyasını dəyişib.