Sumqayıt Dövlət Universitetin tələbəsi Zəfər (4301 m) zirvəsinə qalxıb. Bu haqda 10 noyabr tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
8 Noyabr – Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi, həvəskar alpinist Ayaz Babayev Zəfər zirvəsini fəth edib. O, alpinist qrupu ilə birlikdə zirvədə Azərbaycan Bayrağı və SDU-nun bayrağını dalğalandırıb.
Qeyd edək ki, Ayaz Babayev uzun müddətdir qayayadırmanma idman növü ilə məşğuldur.