top
SDU tələbələri kibertəhlükəsizlik haqda məlumatlandırılıblar
23 noyabr 2023, 23:18
- ↺ +

SDU tələbələri kibertəhlükəsizlik haqda məlumatlandırılıblar

Sumqayıt Dövlət Universitetində (SDU) “Kibertəhlükəsizlik” mövzusunda infosessiya keçirilib. Sumqayıt24 bu haqda 24 noyabr tarixində xəbər verir.

Təhsil ocağının Karyera və Məzunlarla İş Mərkəzinin müdiri Nəsibə Əmirbəyova müasir dövrdə artan kibertəhlükələrdən və onlardan qorunmağın vacib nüanslarından danışıb. Bildirilib ki, təlimin məqsədi universitetin tələbələrini kibertəhlükəsizliyin texnoloji aspektlərini nəzəri və praktiki cəhətdən məlumatlandırmaqdır.

Nəsibə Əmirbəyovanın sözlərinə görə, yaxın zamanlarda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının nümayəndələri SDU-da olublar, burada “Kiberklub”un yaradıldığı və AKTA tərəfindən hər cür dəstəyin göstərildiyi qeyd edilib. Bu gün də klubun ilk təlimidir. Məlumata əsasən, “Kiberklub”un tədbir, müsabiqə və təlimlərini Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Səidə Əhmədova təşkil edir.

Sonra MilliSec platformasının təsisçisi və rəhbəri Zaur Qasımov kibertəhlükəsizlik və onun strateji əhəmiyyətindən, bu sahədə tədqiqatların və yüksəkixtisaslı kadr hazırlığının aktual vəzifələrindən söz açıb.

Zaur Qasımov kibertəhlükəsizliyin təməlləri, tətbiqi hücum-müdafiə bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə gələcək karyera inkişafı ilə bağlı gənclərə önəmli məlumatlar verib.

Əmanətlərin sığortalanması Fondunun (ADIF) İnformasiya Təhlükəsizliyi mütəxəssisi Süleyman Əliyev “Artmaqda olan kibertəhdidlər fonunda milli iqtisadi təhlükəsizlik: kiberhücumların milli iqtisadiyyatlara təsiri, doğurduğu nəticələr və onların həlləri” mövzusunda çıxış edib. Kibertəhlükəsizliyin, kibertəhdidlərin qarşısının alınması yolları, kibertəhlükəsizlik istiqamətində startap layihələrin inkişafından danışılıb.

Sonda müzakirələr aparılıb və suallar cavablandırılıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
Dünən, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
Dünən, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
Dünən, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Bütün xəbərlər
Dünən, 12:11

Sumqayıtda şagirdlər istifadə müddəti bitmiş şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 12:10

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Bütün xəbərlər
Dünən, 11:40

Sumqayıtda yaranan antisanitar vəziyyət aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:08

Sumqayıtda əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirilib

Bütün xəbərlər
Dünən, 10:35

Uzun illər Sumqayıtda çalışan müəllim vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:00

Sumqayıtın bu əraziləri işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 09:49

Sumqayıtda kollecə YENİ TƏYİNAT

Oxşar xəbərlər