Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan tələbə vəfat edib.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, dünən - mayın 26-da SDU-nun ikinci kurs tələbəsi Nahid Xalid oğlu Həzməyev dünyasını dəyişib.
Bildirilib ki, 2007-ci il təvəllüdlü olan mərhum bir ildir qan xərçəngindən əziyyət çəkirdi.
O, universitetin Energetika mühəndisliyi ixtisası üzrə təhsil alırdı.
Allah rəhmət eləsin!