top
Vətən müharibəsinin 22-ci günü – XRONİKA
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 22-ci günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.

Oktyabrın 18-i tarixə haqq savaşımızın 22-ci günü kimi daxil olub.

Sumqayit24.az xəbər verir ki, 18 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri işğaldan azad olunan qədim Xudafərin körpüsünün üzərində, həmçinin Füzuli şəhərində Azərbaycan bayrağını qaldırıblar.

Həyata keçirilən əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 "Qrad" YARS qurğusu, 2 ədəd "Smerç" yaylım atəşli raket sistemi, 5 tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan ordusunun Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçmək cəhdlərini Azərbaycan Ordusunun bölmələri qətiyyətlə dəf edib və düşmən itki verərək geri çəkilməyə məcbur olub.

Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri cəbhənin Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinin "Su-25" hücum təyyarəsini vurublar. Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib.

Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıdakı Xızı rayonuna atılan raket Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib. Bölmələrimiz Füzuli rayonu ərazisində düşmənin hərbi hissəsini ələ keçiriblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Bütün xəbərlər
Dünən, 18:03

Azərbaycanda taksi istifadəçilərinin sayı artıb

Bütün xəbərlər
Dünən, 17:35

Trans-Xəzər Fiber-Optik Kabel Xətti Sumqayıta nə qazandıracaq?

Bütün xəbərlər
Dünən, 16:50

Sumqayıtın qədim keçmişi: Abşeronun nəhəng sakinləri kimlər olub?

Bütün xəbərlər
Dünən, 16:06

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

İdman
Dünən, 15:10

"Sumqayıt"ın futbolçusu: "Komandamız hazırda yaxşı formadadır"

Bütün xəbərlər
Dünən, 14:30

Saray-Xırdalan yolu gecələr zülmətə qərq olur

Bütün xəbərlər
Dünən, 13:50

Sumqayıtda sabah da hava isti olacaq

Bütün xəbərlər
Dünən, 13:10

Azərbaycanın ilk metallurq qadını - Coratlı Zəminə Həsənova

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda kafenin tüstüsü sakinləri evə "həbs edib"

Bütün xəbərlər
Dünən, 11:50

Ceyranbatanda zibillər 20 gündür "asılı" qalıb

Bütün xəbərlər
Dünən, 11:10

Prezident təqaüdünə layiq görülən sumqayıtlı məzunlar

Bütün xəbərlər
Dünən, 10:30

Yarışda yer tutan 67 yaşlı marafonçular Sumqayıtda görüşdülər

Bütün xəbərlər
Dünən, 09:50

Xırdalan-Sumqayıt qatarlarının hərəkəti nə vaxt bərpa olunacaq?

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR

Bütün xəbərlər
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Bütün xəbərlər
16 oktyabr 2026, 18:01

Sumqayıtda süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanar tapılıb

Bütün xəbərlər
16 oktyabr 2026, 17:30

Müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb

Bütün xəbərlər
16 oktyabr 2026, 16:51

Uşaq evinin sakinləri Bakı-Sumqayıt-Bakı qatarı ilə səyahət ediblər

Bütün xəbərlər
16 oktyabr 2026, 16:07

Sumqayıtda sabah hava necə olacaq?

İdman
16 oktyabr 2026, 15:30

"Sumqayıt" "Araz-Naxçıvan" dueli RƏQƏMLƏRİN GÖZÜ İLƏ

Oxşar xəbərlər