top
Trans-Xəzər Fiber-Optik Kabel Xətti Sumqayıta nə qazandıracaq?
Bu gün, 17:35
- ↺ +

Trans-Xəzər Fiber-Optik Kabel Xətti Sumqayıta nə qazandıracaq?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılış mərasimi keçirilib. Trans-Xəzər Fiber-Optik Kabel Xətti Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilmiş, Sumqayıt və Aktau şəhərlərini birləşdirən, təxminən 380 kilometr uzunluğa və saniyədə 400 terabitdən çox layihə ötürmə tutumuna malik strateji telekommunikasiya infrastrukturudur. Transxəzər Fiber-Optik kabel xətti Azərbaycan vasitəsilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaranır. Bu layihənin Azərbaycan, xüsusilə Sumqayıt şəhəri üçün üstünlükləri kifayət qədər böyükdür.

Azərbaycan dövləti bu xətt sayəsində xarici operatorlara məlumat ötürmə və tranzit xidmətləri sataraq, gəlir əldə etmə imkanı qazanır. Eyni zamanda böyük məlumat mərkəzləri, bulud texnologiyası və süni intellekt infrastrukturu üçn xarici investisiyaları cəlb edə bilər. Həm də nəzərə almaq lazımdır ki, rəqəmsal "İpək Yolu" adlandırılan bu layihə Azərbaycanın geosiyasi mövqeyini də gücləndirir.

Bu layihənin Sumqayıt şəhəri üçün də bir sıra üstünlükləri var. Layihə çərçivəsində şəhərdə beynəlxalq şəbəkələrə birbaşa çıxış imkanından istifadə edən məlumat mərkəzlərinin tikintisi reallaşa bilər. Şirkətlər də bu mərkəzlərdə server, məlumat və bulud xidmətlərini yerləşdirəcəklər. Belə bir vəziyyət isə Sumqayıta uzunmüddətli texnoloji investisiyalar cəlb edə bilər. Bunların reallaşması isə eyni zamanda şəhərin əmək bazarına da müsbət təsir edəcək. Çünki yeni iş yerləri açılacaq və əhalinin məşğulluğu artacaq. Çünki artıq mühəndis, proqramçı, İT işçisi, kibertəhlükəsizlik mütəxəssisi, sistem administratoru və digər texniki işçilərə tələbat artacaq. Bu sahələrdə fəaliyyət göstərənlər isə yüksək məvacib alacaqlar və bu da öz sayəsində Sumqayıtın önəmini artıracaq, sakinlərin iş üçün paytaxta və digər ərazilərə üz tutmasını nəzərə çarpacaq dərəcədə azaldacaq. Bundan əlavə, yeni şirkətlərin, məlumat mərkəzlərinin açılması, investisiya cəlbi yerli kiçik və orta sahibkarlığın da inkişafına təkan verə bilər.

Şəhər sakinləri isə fəaliyyət göstərən operatorların yeni xətti şəbəkələrinə inteqrasiya etmələri sayəsində daha sabit internet əldə edə biləcəklər. Paralel olaraq isə, rəqabət, topdansatış qiymətləri və tənzimləmə sayəsində daha əlverişli internet tariflərinin də təklif edilməsi mümkündür.

Nəticə olaraq, Trans-Xəzər Fiber-Optik Kabel Xətti həm Azərbaycanın rəqəmsal inkişafına, həm də Sumqayıtın gələcəyinə böyük töhfə verə bilər. Bu layihə yeni iş yerlərinin açılmasına, investisiyaların artmasına və sakinlərin daha keyfiyyətli internetlə təmin olunmasına şərait yarada bilər. Beləliklə, Sumqayıt gələcəkdə təkcə sənaye deyil, həm də texnologiya və rəqəmsal xidmətlər şəhəri kimi inkişaf edə bilər.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:03

Azərbaycanda taksi istifadəçilərinin sayı artıb

Bütün xəbərlər
Bu gün, 16:50

Sumqayıtın qədim keçmişi: Abşeronun nəhəng sakinləri kimlər olub?

Bütün xəbərlər
Bu gün, 16:06

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

İdman
Bu gün, 15:10

"Sumqayıt"ın futbolçusu: "Komandamız hazırda yaxşı formadadır"

Bütün xəbərlər
Bu gün, 14:30

Saray-Xırdalan yolu gecələr zülmətə qərq olur

Bütün xəbərlər
Bu gün, 13:50

Sumqayıtda sabah da hava isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:10

Azərbaycanın ilk metallurq qadını - Coratlı Zəminə Həsənova

Bütün xəbərlər
Bu gün, 12:30

Sumqayıtda kafenin tüstüsü sakinləri evə "həbs edib"

Bütün xəbərlər
Bu gün, 11:50

Ceyranbatanda zibillər 20 gündür "asılı" qalıb

Bütün xəbərlər
Bu gün, 11:10

Prezident təqaüdünə layiq görülən sumqayıtlı məzunlar

Bütün xəbərlər
Bu gün, 10:30

Yarışda yer tutan 67 yaşlı marafonçular Sumqayıtda görüşdülər

Bütün xəbərlər
Bu gün, 09:50

Xırdalan-Sumqayıt qatarlarının hərəkəti nə vaxt bərpa olunacaq?

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR

Bütün xəbərlər
Bu gün, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:01

Sumqayıtda süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanar tapılıb

Bütün xəbərlər
Dünən, 17:30

Müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb

Bütün xəbərlər
Dünən, 16:51

Uşaq evinin sakinləri Bakı-Sumqayıt-Bakı qatarı ilə səyahət ediblər

Bütün xəbərlər
Dünən, 16:07

Sumqayıtda sabah hava necə olacaq?

İdman
Dünən, 15:30

"Sumqayıt" "Araz-Naxçıvan" dueli RƏQƏMLƏRİN GÖZÜ İLƏ

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda yataqxana sökülür, sakinlər isə təklif olunan şərtləri bəyənmir

Kriminal
Dünən, 14:17

Biri qonşunun ayaqqabısına, digəri mağazanın malına göz dikdi

Oxşar xəbərlər