top
Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?
Bu gün, 16:06
- ↺ +

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda bir neçə ildir ki, polietilen torbaların istifadəsinə məhdudiyyət tətbiq edilir. Belə ki, "Ətraf mühitin mühafizəsi haqqında" qanuna edilmiş dəyişiklikliyə əsasən 2021-ci ilin iyul ayının 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların satışı qadağan edilib. 2023-cü ildən isə marketlərdə polietilen torbalar alıcılara pulla təklif olunur.

Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinə ünvanladığı məktubda bildirilib ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 nömrəli qərarına əsasən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

Həmin il kiçik ölçülü polietilen torbaların qiyməti 3 qəpik, böyük ölçülü polietilen torbaların qiyməti isə 5 qəpik müəyyən edilib. Hazırda isə onların müvafiq olaraq qiymətləri 7 və 9 qəpikdir. Bu məhdudiyyətlərin əsas məqsədi ətraf mühitin plastik tullantılarla çirklənməsinin azaldılması və ekoloji təhlükəsizliyin təmin edilməsi idi. Lakin qadağalar və ya torbaların satılması bundan istifadəni gözəçarpan dərəcədə azaltmadı.

Bəs hazırda istehlakçılara təqdim edilən polietilen torbaların qalınlığının qüvvədə olan standartlara uyğunluğu yoxlanılırmı?

Mövzu barədə danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, hökumətin müvafiq qərarından sonra polietilen torbaların istehsalı və istifadəsi təxminən 30 faiz azalıb:

"Təəssüf ki, torbaların qiymətinin artmasına baxmayaraq, onların istifadəsində azalma istənilən səviyyədə deyil. Bunun əsas səbəblərindən biri alternativlərin kifayət qədər olmamasıdır. Bir çox ölkələrdə olduğu kimi, kağız torbaların və digər ekoloji cəhətdən daha uyğun qablaşdırma vasitələrinin istifadəsi genişləndirilməlidir. Digər tərəfdən, istehlakçılar gündəlik məişət tullantılarını toplamaq və daşımaq üçün də polietilen torbalardan istifadə edirlər. İstehlakçılar bu məsələ ilə bağlı bizə müraciət edirlər. Onlar haqlı olaraq soruşurlar ki, məişət tullantılarını toplamaq üçün hansı alternativ vasitələrdən istifadə edə bilərlər".

Birlik sədri qeyd edib ki, bu torbalar pulla olsa da, insanlar alır və nəticədə polietilen torbalar ətraf mühitə öz zərərini verməkdə davam edir:

"Ona görə də alternativlər təklif olunmalıdır. İstehlakçılara zibil daşımaq üçün başqa torblar paylanmalıdır ki, onlar məişət tullantılarının atılmasında ondan istifadə etsinlər. Problemin həlli yalnız polietilen torbaların ödənişli olması ilə məhdudlaşmamalıdır. İstehlakçıların polietilen torbalardan istifadəsini azaltmaq üçün onlara real və əlçatan alternativlər təklif olunmalıdır".

Mənbə: Bizim.Mediа

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:35

Trans-Xəzər Fiber-Optik Kabel Xətti Sumqayıta nə qazandıracaq?

Bütün xəbərlər
Bu gün, 16:50

Sumqayıtın qədim keçmişi: Abşeronun nəhəng sakinləri kimlər olub?

İdman
Bu gün, 15:10

"Sumqayıt"ın futbolçusu: "Komandamız hazırda yaxşı formadadır"

Bütün xəbərlər
Bu gün, 14:30

Saray-Xırdalan yolu gecələr zülmətə qərq olur

Bütün xəbərlər
Bu gün, 13:50

Sumqayıtda sabah da hava isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:10

Azərbaycanın ilk metallurq qadını - Coratlı Zəminə Həsənova

Bütün xəbərlər
Bu gün, 12:30

Sumqayıtda kafenin tüstüsü sakinləri evə "həbs edib"

Bütün xəbərlər
Bu gün, 11:50

Ceyranbatanda zibillər 20 gündür "asılı" qalıb

Bütün xəbərlər
Bu gün, 11:10

Prezident təqaüdünə layiq görülən sumqayıtlı məzunlar

Bütün xəbərlər
Bu gün, 10:30

Yarışda yer tutan 67 yaşlı marafonçular Sumqayıtda görüşdülər

Bütün xəbərlər
Bu gün, 09:50

Xırdalan-Sumqayıt qatarlarının hərəkəti nə vaxt bərpa olunacaq?

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR

Bütün xəbərlər
Bu gün, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:01

Sumqayıtda süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanar tapılıb

Bütün xəbərlər
Dünən, 17:30

Müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb

Bütün xəbərlər
Dünən, 16:51

Uşaq evinin sakinləri Bakı-Sumqayıt-Bakı qatarı ilə səyahət ediblər

Bütün xəbərlər
Dünən, 16:07

Sumqayıtda sabah hava necə olacaq?

İdman
Dünən, 15:30

"Sumqayıt" "Araz-Naxçıvan" dueli RƏQƏMLƏRİN GÖZÜ İLƏ

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda yataqxana sökülür, sakinlər isə təklif olunan şərtləri bəyənmir

Kriminal
Dünən, 14:17

Biri qonşunun ayaqqabısına, digəri mağazanın malına göz dikdi

Bütün xəbərlər
Dünən, 13:41

500, 503 və 508 nömrəli avtobusların sərnişinlərinin NƏZƏRİNƏ

Oxşar xəbərlər