Sumqayıtda iş adamı dələduzluqla üzləşdiyini bildirib. Sumqayıt24 bu barədə 11 oktyabr tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
“AzMET” QSC-nin səhmdarı Seymur Bəhrəmli rəhbərlik etdiyi QSC-nin fəaliyyəti üçün ərazi icarəyə götürüb. Lakin ərazinin mülkiyyətçilərinin onu aldadaraq xüsusilə külli miqdarda vəsaitini və böyük miqdarda metal qırıntılarını ələ keçirdiklərini bildirib. İddia olunub ki, 2020-ci il 30 noyabr tarixindən bu ilin sentyabr ayınadək Çingiz Davudov və Mirhafiz Seyidov tərəfindən onun 600 min dollar vəsaiti və metal qırıntıları mənimsənilib.
Bununla bağlı Seymur Bəhrəmli Polis İdarəsinə müraciət edib. Araşdırmalar aparılır.
Qeyd edək ki, bu ilin may ayında QSC-yə məxsus zavodda partlayış zamanı bir nəfər ölüb. Bundan başqa, şirkət Sumqayıtda havanın çirkləndirilməsi ilə bağlı tez-tez gündəmə gəlib.