“SOCAR-STP” MMC-ni daha bir şirkət məhkəməyə verib. Sumqayıt24 bu barədə 13 sentyabr tarixində Banker.az-a istinadən xəbər verir.
“General Supply” QSC Sumqayıtda fəaliyyət göstərən şirkətlə alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Həlimə Alıyevanın sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, bundan əvvəl “Bakı Engineering Supplies LTD” MMC eyni tələblə sözügedən şirkəti məhkəməyə vermişdir.