"Stansiya Sumqayıt" kimi tanınan yolda sürücülər ciddi problemlərlə üzləşirlər.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, Şəfəq qəsəbəsində körpünün kəsişmə hissəsində yerləşən beton arakəsmə aşınaraq yararsız vəziyyətə düşüb.
Mövcud vəziyyət nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, eyni zamanda avtomobillərə ciddi ziyan vurur.
Vətəndaşlar aidiyyəti qurumlardan sözügedən problemin aradan qaldırılmasını tələb edirlər.