Sumqayıtda 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində əhalinin 99%-nə 1-ci doza peyvənd vurulub. Bu haqda DünyaTV-yə istinadən xəbər veririk.
Mərkəzin rəhbəri Maisə İsmayılovanın dediyinə görə, sözügedən tibb müəssisəsində 24 min 650 nəfərə xidmət göstərilir. Bugünədək burada 49 min sakinə peyvənd vurulub, onlardan 30 mini artıq 2-ci doza vaksini qəbul edib. Bundan əlavə, 6 minə yaxın adama 3-cü doza vaksin də vurulub.