Sumqayıtda qəza nəticəsində yaşlı qadın dünyasını dəyişib. Bu haqda bu gün, 17 noyabr tarixində Report məlumat yayıb.
Hadisə şəhərin 10-cu mikrorayonunda baş verib. 70 yaşlı qadın yolu keçən zaman "Opel" markalı avtomobil onu vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Dünən, Bakı-Sumqayıt yolunda 60 yaşlı qadın yolu keçmək istəyəndə qəzaya düşmüşdür.