Sumqayıt şəhərində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib. Bu barədə APA məlumat yayıb.
Məlumata əsasən, saxlanılan şəxslər şəhər sakinləri Telman Qasımov, İradə Tağıyeva və Füzuli rayon sakini Telman İmanovdur. Polis əməkdaşları onlarla izahedici söhbətlər apardıqdan sonra vətəndaşlar evlərinə qaytarılıblar.
Faktlarla bağlı cinayət işi başlanıb.
Daha öncə, 4-cü mikrorayon sakini, koronavirus xəstəsi yaşayış yerini tərk etmişdir. Cari ay ərzində Sumqayıtda 8 nəfər koronavirus xəstəsi ictimai yerdə saxlanılıb.