Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi koronavirusdan dünyasını dəyişib. Bu haqda bu gün, 8 dekabr tarixində Xeberle.com məlumat yayıb.
Məlumata əsasən, ingilis dili müəllimi olan Sədaqət Mustafayeva bir müddət əvvəl koronavirusa yoluxub. Aparılan müalicə tədbilərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Daha öncə, 35 saylı tam orta məktəbin müəllimi koronavirusdan dünyasını dəyişmişdir.