Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsinin bir küçəsində işıq dirəkləri hələdə işləmir. Bu haqda yerli sakinlərin Sumqayıt24-ə etdiyi təkrar müraciətə əsasən yazırıq.
Belə ki, 2 ay öncə, avqust ayında xəbər verdiyimiz kimi axşam saatlarında Fərrux Qayıbov küçəsi qaranlığa qərq olunur. Sakinlərin sözlərinə görə, həmin küçədə işıq dirəkləri üzərində təmir işləri aparılsada, dirəklər hələdə işləmir və problem gündəmdə qalır.
Qeyd olunur ki, payız-qış aylarında havanın tez qaralması səbəbindən, işdən və yaxud dərsdən gələn insanlar buradan keçməyə qorxurlar.