Kapital Bank Sumqayıt filialında Mikro kreditlər bölməsi üzrə üç vakansiya elan edilib: mütəxəssis, aparıcı və baş mütəxəssis.
Namizədlərdən Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir), səlis Azərbaycan dil biliyi, yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı və satıcılıq xüsusiyyətləri tələb olunur. Həmçinin, tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişilir.
Maraqlanan şəxslər 10 oktyabr tarixinədək https://hr.kapitalbank.az/ portalında qeydiyyatdan keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyaya müraciət edə bilərlər.