Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilən növbəti onlayn görüşdə iştirak ediblər. Bu haqda KOBİA-nin rəsmi saytında bildirilib.
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində "Eko-innovasiyalar və eko sənaye parkları: mövcud vəziyyət və imkanlar" mövzusuna həsr olunmuş tədbirdə eko-sənaye parklarının yaradılması, sənaye parklarına və məhəllələrinə yeni rezidentlərin cəlb edilməsi barədə müzakirələr aparılıb. Daha sonra, sahibhakarlın sualları cavablandırılıb və təklifləri dinlənilib.
Görüşdə həmçinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan İnvestisiya Şirkətinin, Balaxanı Sənaye Parkının və digər sənayə parklarının nümayəndələri də iştirak ediblər.