Sumqayıt məktəblərində koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlanıb. Bu haqda Sumqayıt24 Xeberle.com-a istinadən xəbər veririk.
Yeni tədris ili başlayandan şəhərin müxtəlif məktəblərindən 43 şagirddə və 17 müəllimdə koronavirus aşkarlanıb. Bu səbəbdən 45 sinif qısa müddətlik distant təhsilə keçib, onlardan 11-i artıq ənənəvi əyani təhsilə yenidən dönüb.
Qeyd edək ki, Sumqayıtın təhsil işçilərinin 93%-dən çoxu iki doza peyvənd olunublar və hazırda onlar üçüncüsünü də qəbul edirlər.