Sumqayıt sakinində narkotik vasitə aşkar olunub. Bu haqda AZƏRTAC-a istinadən 26 okyabr tarixində xəbər veririk.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini M.Rzayev saxlanılıb. Axtarış zamanı ondan heroin, metamfetamin və 43 metadon həbi aşkarlanaraq müsadirə edilib.
Faktla bağlı araşdırma aparılır.