"Sumqayıt Texnologiyalar Parkı" (STP) Şirkətlər Qrupu "Zəfər ağacı" abidəsi hazırlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb.
Məlumata əsəsən, Zəfər Gününə həsr edilmiş abidənin hündürlüyü 2,9 metr, eni 2,2 metr, çəkisi isə 400 kiloqramdır. “Ağac”ın budaqlarının üzərində şəhidlərimizin adları yazılmış 3000 metal hərbi adlıqlar asılıb.
"Zəfər ağacı" Bakı "bulvar"ı ərazisində 7 noyabradək nümayiş olunacaq, daha sonra isə 8 noyabr tarixində Sumqayıt Şəhərinin "Şəhidlər xiyabanı"nda quraşdırılacaq.
Abidə Vətən müharibəsində canından keçmiş qəhrəmanların xatirəsini əbədiləşdirmək məqsədini daşıyır.