Sumqayıt şəhərində şəhid ailələrinin üzvləri və qazilərin işlə təmin olunması davam edir. Bu barədə Dünya TV xəbər yayıb.
Məlumata əsasən, 7 saylı Ərazı Məşğulluq Mərkəzi bu il ərzində 48 nəfəri işlə təmin edib. 130 nəfər isə özünəməşğulluq proqramına cəlb edilib. Onlar kiçik ailə biznesi üçün materiallar ilə təmin olunublar.
"Məşğulluq marafonu" çərçivəsində Sumqayıtda yerləşən 19 müəssisədə şəhid ailələri və qazilər üçün 25 vakant yer ayrılıb. 6 nəfər isə artıq işlə təmin olunub.