Sumqayıt şəhərində abadlaşdırma işləri davam etdirilir. Bugünədək bir neçə mikrorayonda yaşayış binalarının fasadları yenilənib. Bu barədə Dunya TV məlumat yayıb.
Hal-hazırda şəhərin 10, 17, 18-ci mikrorayonlarında və 48-ci məhəlləsində çoxmərtəbəli binaların üzlüyü rənglənir.
5, 20, 22 , 26 və 40-cı məhəllələrdə və 4 mikrorayon ərazisində yerləşən binaların fasadlarının yenilənməsi yekunlaşıb. Sumqayıtın digər ərazilərindədə abadlaşdırma işləri davam etdiriləcək.