Sumqayıtda avtomobil bazarı ərazisində fəaliyyət göstərən dönərxanada yanğın baş verib. Bu haqda Sumqayıt24.az 27 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.
Ümumi sahəsi 30 kv.metr olan köşkün içərisində 6 ədəd qaz balonu yanğınsöndürənlər tərəfindən çıxarılıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Nəticədə obyektin yanar konsruksiyaları və 4 ədəd soyuducu yanıb.