Sumqayıtda avtotəmir sexlərinin birində oğurluq hadisəsi qeydə alınıb. Bu haqda Sumqayıt24 Report-a istinadən xəbər verir.
Hadisə nəticəsində Əliyev Murad Adil oğluna məxsus "Nissan" markalı avtomobilin 800 manat dəyərində ehtiyat hissələri oğurlanıb. Avtomobili qarət edən şəxs polis əməkdaşları tərəfindən yerindəcə saxlanılaraq, aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.