Bir neçə gün əvvəl Corat qəsəbəsində dəniz sahilində tapılan meyidin kimliyi bəlli olub. Bu barədə bu gün, 19 noyabr tarixində Oxu.az məlumat yayıb.
Məlumata əsasən, 12 noyabr tarixində özünü dənizə ataraq intihar edən şəxsin 30 yaşlı Həsənov Elşən Ədalət oğlu idi. Həmin gün anası yaşadığı evin həyətində özünü asaraq intihar edib. Bu səbəbdən Elşən evdən çıxaraq dəniz sahilinə gedib və dənizə özünü ataraq həyatına qəst edib.
Faktlarla bağlı araşdırma aparılır.