Sumqayıtda narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Bu barədə bu gün, 18 oktyabr tarixində APA məlumat yayıb.
Keçirilən əməliyyat nəticəsində "Nakolka Samir" ləqəbli Samir Baxışov, İbrahim Əliyev və Murad Cumatov saxlanılıb. İbrahim Əliyevdən amfetamin, Samir Baxışovdan müxtəlif çəkilərdə 17 büküm, Murad Cumatovdan isə 1 büküm heroin müsadirə olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb.