Sumqayıt şəhərinda sakinlər yanğın ehtimalı ilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət ediblər.
Məlum olub ki, Sumqayıt Dezinfeksiya İdarəsinin əməkdaşları 6-cı mikrorayonda binanın zirzəmisində dezinfeksiya işləri aparıblar. Bu zaman dərmandan yaranan tüstü 9-cu mərtəbəyədək qalxıb.
Bunu görən sakinlər binada yanğın baş verdiyini düşünüblər və yanğınsöndürənlərə məlumat veriblər.
Hadisə yerinə gələn FHN əməkdaşları vəziyyətlə tanış olduqdan sonra ərazidən ayrılıblar.
Mənbə: Şəmistan Fikrətli