top
Vətən müharibəsinin xronikası: döyüşlərin 20-ci günü
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: döyüşlərin 20-ci günü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən "Dəmir yumruq" əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

Sumqayit24.az Vətən müharibəsinin 20-ci gününün xronikasını təqdim edir:

- Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad edib.

- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 "Qrad" YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 "Şilka" özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

- Ermənistanın 5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralananlar olub. 10-cu alayın müdafiə zolağında könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində də ölən və yaralanan olub. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb. 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.

- Düşmən işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın Goranboy, Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarının ərazilərini gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.

- Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

- Sentyabrın 27-dən oktyabrın 16-ı saat 11:00-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb. Həmçinin, 1669 yaşayış evi, 84 çoxmərtəbili yaşayış binası və 301 mülki obyekt yarasız vəziyyətə düşüb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:38

Sumqayıtda dezinfeksiya işləri sakinləri qorxutdu

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda qəza: "Hyundai" və "Khazar" toqquşdu

Bütün xəbərlər
Dünən, 16:24

Sabah 28 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Prezidentlər Sumqayıtdan keçən Trans-Xəzər Fiber-Optik kabel xəttinin açılışını ediblər

Bütün xəbərlər
Dünən, 15:35

Yaşasaydı igid Vətən oğlunun bu gün 25 yaşı tamam olacaqdı...

İdman
Dünən, 15:00

"Sumqayıt" "Araz-Naxçıvan"la matça itkilərlə çıxacaq

Bütün xəbərlər
Dünən, 14:21

Sumqayıtda abadlıq və yaşıllaşdırma işləri aparılır

Bütün xəbərlər
Dünən, 13:45

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

İdman
Dünən, 13:11

"Sumqayıt"ın növbəti matçı bu hakimlərə TAPŞIRILDI

Bütün xəbərlər
Dünən, 12:36

MAXE olmaq istəyən Sumqayıt sakinlərinin nəzərinə

Bütün xəbərlər
Dünən, 12:00

"Ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi

Bütün xəbərlər
Dünən, 11:25

Sumqayıtda FACİƏ: kişi eyvandan yıxılıb öldü

Bütün xəbərlər
Dünən, 10:55

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtda maşın mağazaya "girdi"

Bütün xəbərlər
Dünən, 09:47

Sumqayıtı yenə toz bürüyəcək

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı

Bütün xəbərlər
Dünən, 00:05

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 19-cu günü: XRONİKA

Bütün xəbərlər
14 oktyabr 2026, 17:57

Azərbaycanda 47 min iş yeri açılacaq

Bütün xəbərlər
14 oktyabr 2026, 17:12

"Mercedes" parklanmış üç avtomobilə çırpılıb

Bütün xəbərlər
14 oktyabr 2026, 16:38

FHN Sumqayıt Regional Mərkəzində "açıq qapı günü" keçirilib

Bütün xəbərlər
14 oktyabr 2026, 16:00

Bakı-Sumqayıt yolunda evakuatorun daşıdığı texnika körpüyə ilişdi

Bütün xəbərlər
14 oktyabr 2026, 15:23

"Nəsimi" parkında "it ovçuları" peyda olub? - FOTO

Bütün xəbərlər
14 oktyabr 2026, 14:50

Sumqayıtın ən çox şəkil çəkilən yerlərindən biri - Bayraq Meydanı

Bütün xəbərlər
14 oktyabr 2026, 14:13

Sumqayıtda hava daha da isinəcək

İdman
14 oktyabr 2026, 13:38

46 yaşlı sumqayıtlı futbolçu meydanlara qayıdır

Bütün xəbərlər
14 oktyabr 2026, 13:02

Sumqayıtda binanın zirzəmisini kanalizasiya suları basıb

Oxşar xəbərlər