Sumqayıt şəhərində iki avtomobil toqquşub.
Məlumata əsasən, hadisə oktyabrın 15-də günorta saatlarında Səməd Vurğun küçəsində baş verib.
Belə ki, hərəkətdə olan 99-BN-805 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil 10-OC-039 dövlət nömrə nişanlı "Khazar" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
İlkin ehtimala görə, qəzaya ara məsafəsinin düzgün seçilməməsi səbəb olub. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib.
Mənbə: Avtosfer.аz