Sumqayıt şəhəri Corat qəsəbəsində kişi meyiti tapılıb. Bu haqda bu gün,15 noyabr tarixində APA məlumat yayıb.
Hadisə dəniz kənarında qeydə alınıb. Buradan keçən şəxslər meyiti aşkar ediblər. Əraziyə cəlb olunan aidiyyatı qurumlar tərəfindən meyitin 20-25 yaş aralığında gənc oğlan olduğu müəyyən olunub.
Onun kimliyi bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.