Sumqayıt Tibb Mərkəzinin direktoru peyvənd olunanların sayını açıqlayıb. Bu haqda bu gün, 22 noyabr tarixində Xeberle.com məlumat yayıb.
Məlumata əsasən, Sumqayıtda 437 min doza vaksin vurulub. Mərkəzin direktoru Səkinə Sadıxova bildirib ki, hər iki doza vaksin olunanların sayı 217 min nəfər təşkil edir. 25 min nəfər buster doza (üçüncü doza) vaksin olunub, onlardan 3 mini tibb işçisidir.
Həmçinin, Sumqayıtda 2 aydır ki, Covid-19 xəstəxanası fəaliyyətini dayandırıb. "Gün ərzində 3-4 xəstənin xəstəxanaya ehtiyacı olur ki, onları da biz Bakı şəhərinə göndəririk", - Sadıxova bildirib.