Sumqayıtın Sülh prospektində yol polis əməkdaşları reyd keçiribilər. Bu haqda DünyaTV xəbər yayıb.
Bu reyd şəxsi avtomobili ilə avtobusların hərəkəti üçün nəzərdə tutulmuş sarı zolaqlara daxil olan sürücülərə qarşı keçirilib. Qaydaları pozan sürücülər saxlanılaraq cərimələniblər. Həmçinin, avtobus sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Onlara, həmin zolaqlarla hərəkət etmələri tapşırılıb.
Təbliğat və təşviqat üzrə inspektor Kamran Məmmədov bildirib ki, bu tədbirlər ictimai nəqliyyatın sərbəst və fasiləsiz hərəkətini təşkil etmək üçün görülür.
Qeyd edilib ki, reydlər bundan sonra da davam etdiriləcək.