Bu gün, 23 sentyabr tarixində Sumqayıtda 9-cu mikrorayonda yeni inşa olunan "Bravo" supermarketinin açılış mərasimi baş tutub.
Sumqayıt24-ə daxil olan məlumata əsasən, Üzeyir Hacıbəyov küçəsi 2-də yerləşən supermarket saat 08:00-dan açılıb. 24/7 sakinlərə xidmət göstərəcək. Hal-hazırda obyektə müştəri axını müşahidə olunur.
Həmçinin, “Bravo”nun nəzdində "KFC", "Miniso", "Məstan" (inkişafetdirici oyuncaqlar mağazası) və s. fəaliyyət göstərəcək.