Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən uşaq meydançası baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 11 yanvar tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Dağılmış həyət 35/20 binanın önündə yerləşir. Burada yelləncəklərin ancaq dəmir konstruksiyaları qalıb. Sürüşkən isə asfalt örtüyünün ortasında torpaqlı çalaya birləşir. Meydança ərazisində olan oturacaqlar da sınıb.
“Hər dəfə uşaq həyətə çıxanda narahat oluruq ki, sürüşkəndən sürüşəndə başı asfalta dəyəcək. Həyətimiz uşaqların oynamaları üçün yararlı deyil. Turniklər, yelləncəklər sınıq vəziyyətdədir”, - deyə sakin bildirib.
Daha bir baxımsız uşaq meydançası, “birləşmiş məhəllə” Səməd Vurğun küçəsi 493-497, 76-ci binanın önündə yerləşir. Burada da yuxarıda qeyd olunan nöqsanlar müşahidə olunur.
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24