"Sumqayıt" futbol klubu yeni transfer reallaşdıra bilər.
Albaniyanın "Kategoria e Shpresës" nəşrinin yaydığı məlumata görə, almaniyalı Leon Maurice Pöhls karyerasını Azərbaycanda davam etdirəcək. 29 yaşlı qapıçı ötən ilin yayında İrlandiyanın "Şemroks Rovers" klubundan ayrıldıqdan sonra Albaniya "Vlajniya"sına keçib. Pöhls burada bir mövsüm çıxış etdikdən sonra klubla yollarını ayırıb.
Nəşrin məlumatına görə, almaniyalı qapıçı yeni mövsümdə Azərbaycanda çıxış edəcək. Onun artıq komandalarımızın biri ilə razılığa gəldiyi qeyd edilir. Leonun "Sumqayıt"a gələcəyi gözlənlir. O, sosial şəbəkədə "kimyaçılar"ı izləməyə alıb.