Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıtda fəaliyyət göstərən ticarət obyektlərində yoxlama aparıblar. Bu barədə 15 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər veririk.
Monitorinq zamanı agentliyin vəzifəli şəxsinin yoxlama yerinə buraxılmaması səbəbindən “Army” marketinin sahibkarı Səhrab Tağıyevə inzibati cərimə tətbiq olunub.