Sumqayıt “ASAN xidmət" mərkəzində fəaliyyət göstərmiş ekoloji müvəkkillərə sertifikatlar verildi. Bu bərədə Sumqayıt24 “ASAN Könüllüləri” rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Müvəkkillər ASAN Könüllülük Məktəbinin "Yaşıl ASAN" proqramı çərçivəsində fəaliyyət göstəriblər. 2015-ci ildən etibarən fəaliyyət göstərən proqram vasitəsilə 40.141 vətəndaş maarifləndirilmiş, ümumilikdə isə ekoloji layihələrin idarəedilməsi istiqamətində 3 mindən çox tədbir təşkil edilmişdir.