Sumqayıt şəhərində yaşayış yerini tərk etmiş aktiv koronavirus xəstəsi saxlanılıb. Bu barədə Xeberle.com məlumat yayıb.
Məlumata əsasən, 3-cü məhəllə sakini Abdülbaği Əlimirzəyev ev şəraitində müalicə almasına baxmayaraq evini tərk edib. Nəticədə o, Sumqayıtda "ASAN Xidmət" mərkəzinin qarşısında saxlanılıb. Tibbi prosedurlar gözlənilməklə vətəndaş yaşadığı ünvana qaytarılıb.
Hazırda, Əlimirzəyevlə bağlı araşdırma aparılır.
Daha öncə, Novxanı və Saray qəsəbələrində işə gedən iki koronavirus xəstəsi saxlanılmışdır.