Sumqayıtda xəstəxanada baş vermiş yanğında zərər çəkən şəxslərə veriləcək yardımın məbləği açıqlandı. Bu haqda İTV məlumat yayıb.
Qubadlı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 4 saylı xəstəxananın (Bərpa) birinci mərtəbəsində məskunlaşmış məcburi köçkün və qaçqınlara təmir başa çatanadək 300 manat kirayə pulu veriləcək. Eyni zamanda qurum tərəfindən onlara yataq dəstləri və mebel yardımı ediləcək.
Məlumata əsasən, qadınlar, uşaqlar və yaşlılar gecəni qohumlarının evlərində, kişilər isə ərazidə, əşyalara nəzarət edərək keçiriblər.