top
Sumqayıt-Bakı marşrutlarında yeni sistem: 500 və 503 brutto müqaviləyə qoşuldu
02 sentyabr 2026, 17:05
- ↺ +

Sumqayıt-Bakı marşrutlarında yeni sistem: 500 və 503 "brutto müqavilə"yə qoşuldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərini Bakı şəhəri ilə əlaqələndirən 500 və 503 nömrəli avtobuslar "brutto müqavilə" sisteminə qoşulub.

Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə  təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nın tətbiqinə başlanılıb.

İlk olaraq 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar "brutto müqavilə" sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutlar da tezliklə bu sistemə qoşulacaq.

Yeni "brutto müqavilə" modelinə əsasən, artıq daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam saatlarında da avtobusların sərnişənlərə xidmət göstərməsi və qrafikə riayət etməsi təmin olunacaq.

Bu model sərnişinlər üçün daha müntəzəm, etibarlı və proqnozlaşdırılan ictimai nəqliyyat xidməti formalaşdırmağa imkan verəcək. Eyni zamanda, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısı alınacaq və şəhərətrafı azrentabelli marşrutlarda da xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranacaq.

Dünyanın bir çox ölkəsində sərnişinlərə yüksək səviyyədə və keyfiyyətli xidmət göstərilməsi məqsədilə "brutto müqavilə" modelindən geniş istifadə olunur. Artıq ölkəmizdə bu mütərəqqi modelin uğurlu tətbiqinə başlanılır.

Yeni model daşıyıcıların fəaliyyətinə daha sistemli nəzarət imkanları da yaradır. Müəyyən edilmiş keyfiyyət tələblərinin pozulması halında müqavilə çərçivəsində maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək. Yaradılmış xüsusi proqram təminatı vasitəsi ilə daşıyıcıların göstərdikləri xidmətin keyfiyyətinin ölçülməsi və xidmətin təşkilinə nəzarət təmin ediləcək.
"Brutto müqavilə" modeli, həmçinin daşıyıcıların maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını artıracaq.

Bu isə avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha çox investisiya yatırılmasına imkan verəcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Oxşar xəbərlər